Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-12-2017, 18:00)
Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar? – FOTO

Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar? – FOTO

 

Azərbaycanlı biznesmenlərin həyatı daim diqqət mərkəzində olur.

Bunu nəzərə alaraq Oxu.Az bir sıra iş adamlarının təhsili ilə maraqlanıb.

Mediatv.az  olke.az-a istinadən əldə etmiş nəticələri təqdim edir.

1. Vahid Ələkbərov

Milyarder iş adamı, Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.

2. Araz Ağalarov

Azərbaycan əsilli Rusiya biznesmeni, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. Araz Ağalarov iqtisad elmləri doktorudur.

3. Fərhad Əhmədov 

Azərbaycanda doğulmuş Rusiyalı iş adamı, Rusiya milyarderi Fərhad Əhmədov 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

4. Qod Nisanov 

Rusiyada fəaliyyət göstərən milyarder iş adamı Qod Nisanov Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir.

5. İsgəndər Xəlilov

İsgəndər Xəlilov 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir.

6. İlham Rəhimov 

İlham Rəhimov 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır.  1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024