Karusel (24-02-2015, 15:43)
Sabiq direktor vəfat etdi
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Azərbaycanın görkəmli botanik-alimi, AMEA Nəbatat Bağının sabiq direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı fevralın 23-də 77 yaşında vəfat edib.
Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 1955-ci ildə Dövlətyarlı kənd orta məktəbini əla qiymətlərlə bitirib, təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirib. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olub, həmin institutu müvəffəqiyyətlə başa vurub. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olub, 1973-cü ildə “Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülüb. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilib.
Alim 200-dən çox elmi əsərin müəllifidir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplayıb. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunub. 2004-cü ildə “Qafqazın geofitləri və onların Abşeronda introduksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Alimin “Qafqazın geofitləri”, “Konspekt qeofitov Kafkaza” və s. kimi əsərlərində Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə öyrənilib. “Qırmızı kitab”, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanları ilə təltif edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024