Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-11-2017, 13:33)
Sevil Osmanovanın 70 illik yubileyi keçirilib

Sevil Osmanovanın 70 illik yubileyi keçirilib

 

Noyabrın 28-də S.Paşayev adına şəhər 6 saylı tam orta məktəbində əmək qəhramanı Sevil Osmanovanın 70 illik yubileyi keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.Tədbir Sevil Osmanovanın təhsil aldığı şəhər 6 saylı tam orta məktəbində davam etdirilib.

Tədbirdən öncə məktəbin foyesində təşkil olunan Sevil Osmanovanın əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir məktəbin akt zalında Sevil Osmanovanın həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın izlənilməsi ilə başlanılıb. Şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə 70-80-ci illərin məşhur pambıq ustalarından olan Sevil Osmanovanın həyat yolundan bəhs edildi, onunla bağlı xatirələrdən geniş söhbət açıldı. Qeyd edilib ki, 1973-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1976-cı ildə “Lenin” ordeni ilə təltif olunan Sevil Osmanova 1980-ci ildə “Əlaçı pambıqçı” döş nişanına layiq görülüb. 1978-ci ildə isə “QAZ-24” minik avtomobili ilə mükafatlandırılan Sevil xanım Fəxri fərman və fəxri diplomlarla təltif olunmuşdur. 10 il dalbadal sosializm yarışlarında qalib gələrək döş nişanlarına təqdim edilən Sevil Osmanova dəfələrlə Moskvada təşkil olunan nailiyyətlər sərgisində uğurla iştirak edib. Qəhrəmanımız müstəqillik dövründə də diqqətdən kənar qalmamış, Cənab Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Sevil Osmanova bundan sonra da pambıqçılıq sahəsində böyük təcrübəmdən istifadə edərək bu sahədə çalışan kənd əməkçilərinə yaxından kömək edəcəyini bildirdi. Onun əmək fəaliyyətinə ən böyük qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğuladı. O,qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidən aqrar sektorun, o cümlədən pambıqçılığın inkişafına verdiyi təkan xalqımızın güzəranının yaxşılaşmasına sanballı töhfə olacaq. Ən böyük həqiqət budur ki, Heydər Əliyevin sayəsində evinə

ruzi, bərəkət gətirən kəndlilər bu gün İlham Əliyevin vasitəsilə yenidən böyük gəlir sahibinə çevrilirlər.

Sevil Osmanova Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

 

Sevil Osmanovanın 70 illik yubileyi keçirilib
Sevil Osmanovanın 70 illik yubileyi keçirilib
Sevil Osmanovanın 70 illik yubileyi keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024