Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2017, 17:54)
Şamaxıda Əməkdar Mədəniyyət İşçisi Rasim Ələsgərovun 70 illik yubileyi qeyd edilmişdir

Şamaxıda Əməkdar Mədəniyyət İşçisi Rasim Ələsgərovun 70 illik yubileyi qeyd edilmişdir

 

 

Noyabrın 23-də Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi Rasim Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Rayon Mədəniyyət Mərkəzində Xalq  artisti Zabit Nəbizadə,  Əməkdar Mədəniyyət İşçiləri, Aşıq Əhliman Rəhimov, Aşıq Ağamurad İsrafilov, Rəhman Rasim oğlu, tanınmış incəsənət xadimləri Əvəzxan Xankişiyev, Aşıq Əli Tapdıq oğlu və başqalarının iştirakı ilə keçirilmiş tədbirdə sevilən xalq sənətkarı, nəfəs alətlərinin mahir ifaçısı Rasim Ələsgərovun ömür yoluna nəzər salınmış, xalqın məhəbbəti qazanmış ifalarından danışılmışdır.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova qonaqları salamlayaraq yubiley münasibətilə xalq sənətkarına rayon İcra Hakimiyyəti başçısı tərəfndən verilmiş fəxri fərman ilə onu təbrik etmişdir.

Sonra çıxış edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Əməkdar artist, “Natiq “ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları ifası ilə mədəniyyətimizdə xüsusi iz buraxmış sənətkara xalq məhəbbətindən danışmış, sənətkara yaradıcılıq uğurları arzulamışlar.

Çıxışlarda qeyd olunmuşdur ki, ulu Şirvan dünya mədəniyyətinə çoxlu sayda dövlət xadimləri, nüfuzlu şahlar, xanlar, alimlər, üləmalar, şairlər, sərkərdələr, dünya şöhrətli memarlar, sənətkarlar, mövlanalar bəxş etmişdir. Belə şəxslərdən biri də, xalq sənətkarı zirvəsinə qalxmağı bacarmış Rasim Ələsgərovdur.

Rəsmi hissədən sonra tədbir konsertlə davam etdirilmişdir.

 

Sonda yubilyar onun sənətini yüksək qiymətləndirən Dövlətimizə, xalqımıza, səmimi təbriklərinə görə qonaqlara və ürəkdən alqışlarına görə diqqətli tamaşaçılarına minnətdarlığını bildirmişdir.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024