Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-11-2017, 15:00)
ASGA sədri Brüsseldə V "Şərq Tərəfdaşlığı" sammitinə qatılacaq

ASGA sədri Brüsseldə V "Şərq Tərəfdaşlığı" sammitinə qatılacaq

 

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək. Aİ-nin üzv dövlətləri və altı tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar Şərq tərəfdaşlığı ölkələrinin vətəndaşlarına fayda verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər.

Mediatv.az-ın məlumatına görə, bu barədə 7news.az-a sammitə qatılacaq Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovdeyib: "Azərbaycan prezidenti İlham Əliyev də noyabrın 24-də Brüsseldə keçiriləcək V "Şərq Tərəfdaşlığı" sammitinə qatılacaq. Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan digər ölkələrdən Ermənistanı prezident Serj Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş naziri Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Belarus sammitdə nə prezident, nə də baş nazir səviyyəsində təmsil olunacaq. 

Bu ölkənin nümayəndə heyətinə xarici işlər naziri Vladimir Markey rəhbərlik edəcək. Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək. Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir: 1. Daha güclü iqtisadiyyat: İqtisadi inkişaf və bazar imkanları; 2. Daha güclü idarəçilik: İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik; 3. Daha yaxşı əlaqələr: Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi; 4. Daha güclü cəmiyyət: Mobillik və insanlar arasında əlaqələr. Sammitdə, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geniş müstəvidə müzakirəsi gözlənilir. Ümid edirəm, ötən sammitdəki ədalətsiz yanaşma bu dəfə təkrarlanmayacaq”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Sammitdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edir.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024