Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2017, 18:00)
Milli Məclisdə təklif: Hakimlərin sayı iki dəfə artırılsın

Milli Məclisdə təklif: Hakimlərin sayı iki dəfə artırılsın

 

“Azərbaycanda hakimlərin sayı ən az iki dəfə artırılmalıdır”.

Mediatv.az APA-ya istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkiliQüdrət Həsənquliyev çıxış edib.

Cəmiyyətdə vəkil və hakimlərin sayının uzun müddət müzakirə olunduğunu deyən Q. Həsənquliyev bildirib ki, Azərbaycanda bütün kateqoriya üzrə 555 hakim ştatı var: “Bunun 49-u vakansiyadır. Burada təqribən 500 hakim qalır. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Orta Avropa göstəricisində isə bu, 100 min nəfərə 20 hakimdir. Son illərdə məhkəmə işlərinin sayı 20 dəfə artıb, ildə 470 min işə baxılır. 470 min işi və iş günlərini nəzərə alsaq, məlum olur ki, bir hakim gün ərzində 4-5 işə baxır. 

Burada hansı keyfiyyətli işə baxmaqdan söhbət gedə bilər? Biz bilirik ki, iqtisadiyyatın inkişafı üçün ədalət mühakiməsi olmasa, heç bir xarici investor ölkəyə investisiya qoymayacaq. Məhkəmələrə ayrılan vəsait iqtisadiyyatın inkişafına töhfə verəcək. Hakimlərin sayı ən az 2 dəfə artırılmalıdır ki, heç olmasa Avropa  göstəricilərinin 50 faizinə çataq. Vəsaiti haradan ayıraq? Hesab edirəm ki, idman obyektlərinin tikintisini təxirə salmaq lazımdır. Qış aylarında rayonlarda olimpiya komplekslərini çoxu fəaliyyətini dayandırır. Səhiyyə ocaqları və ali məktəblərin tikintisinə 20 milyon manat vəsait ayrılır. Niyə biz yeni ali məktəblər tikməliyik, olanları da özəlləşdirməliyik?” 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024