Gündəm (4-03-2016, 14:33)
Deputatlar kazinoların bərpa olunmasını təklif edir
Deputatlar Azərbaycanda kazinoların bərpa olunmasını təklif edir.
Mediatv.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
"Bədən tərbiyəsi və idman haqqında" qanunda mərc oyunları ilə bağlı məsələ ətrafında çıxış edən Qüdrət Həsənquliyev bildirib ki, Ölkəyə turistlərin cəlb edilməsi üçün Azərbaycanın turizm bölgələrində kazinoları bərpa edə bilər. “Gürcüstanda Batumidə kazinoların fəaliyyətin imkan verməklə bura xeyli sayda xarici turist cəlb edir. Biz də turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verməklə qonşu ölkələrdən ölkəyə xeyli sayda turist cəlb edə bilərik. Bu işlə məşğul olan xüsusi turist təşkilatları var və bu turizm şirkətləri vasitəsi ilə ölkəyə turistləri cəlb edə bilərik”, - deputat bildirib.
Q. Həsənquliyev onu da təklif edib ki, bu kazinoların fəaliyyətinə icazə verən zaman yerli sakinlərin bu kazinolara gəlişini də qadağan edə bilərik: “Onsuz da azərbaycanlılar gedib xarici ölkədə kazinolarda oynayırlar və uduzurlar. Onsuz da burada udan yoxdu. Heç olmazsa, bu kazinolardan gələn gəlirlər dövlət büdcəsinə köçürülər”.
Bu təklifi dəstəkləyən deputat Səyavuş Novruzov bilrdiri ki,onsuz da müəyyən şəxslər qeyri-qanuni olaraq xüsusi yerlərdə belə oyunlar təşkil edir və oradan gələn gəlirlər şəxsi ciblərə axır: “Kazinoların fəaliyyətinə qanuni icazə verilsə o zaman bu kazinolardan gələn gəlirlər büdəcəyə yönələr”.