Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2017, 16:00)
Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışladı

Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışladı

 

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadəmirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

Mediatv.az xəbər verir ki, bu barədə moderator.az saytı məlumat yayıb.

Saytın yazdığına görə, bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

"Hörmətli, Professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

R. Əliyev isə həmin mirası qəbul edərək birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Məlumata görə, sözügedən miras kifayət qədər böyük məbləği əhatə edir. Lakin artıq fonda aid olduğu və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır.

R. Əliyev bildirib ki, bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024