Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-09-2017, 19:00)
Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

 

Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.

Mediatv.az  xəbər verir ki, bu barədə APA-ya Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova məlumat verib.

Onun sözlərinə görə, alimin cənazəsi sentyabrın 29-da Bakıya gətiriləcək: “Bakı-Nyu-York reysini yerinə yetirən təyyarə sentyabrın 29-da, səhər saat 6:00-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.

Cənnət Səlimova əlavə edib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da, saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da, 96 yaşında Kaliforniyada vəfat edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025