Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-10-2017, 19:30)
Şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

 

Noyabrın 1-dən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan şagirdlərin sayının “Şagird-məzun” sisteminə daxil edilməsinə başlanacaq.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu proses Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə təqvim planında əksini tapıb. 

Həm ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan, həm də peşə liseylərində təhsil alanların sayının “Şagird-məzun” sisteminə daxil edilməsi 1-30 noyabr tarixlərində aparılacaq. 

Təhsil müəssisələri haqqında “Şagird-məzun” sistemində mövcud olan məlumatların dəqiqliyinin və tamlığının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən yoxlanması və zəruri hallarda müvafiq düzəlişlərin aparılması isə tədris ili ərzində həyata keçiriləcək.

Bundan əlavə, noyabrın 1-dən ümumtəhsil məktəblərində VIII və X sinif şagirdlərinin, peşə liseylərində I və II kurs şagirdlərinin, həmçinin, ümumtəhsil məktəblərinin istəyi ilə I-VII sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən cari tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması icra olunacaq. Bu proses tədris ilinin sonunadək davam edəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025