Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-03-2014, 16:18)
“Şagird-məzun” sisteminə neçə nəfər ərizəsini təsdiq edib?

Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.Az-a verilən məlumata əsasən, ümumtəhsil müəssisələri tərəfindən 204 115 nəfər təqdim edilib.
 
Onların 172 662 nəfərinin (84.59%) məlumatları daxil edilib. 144 972 nəfərin (71.02) isə məlumatları təsdiq edilib.
 
Bu rəqəmlər martın 31-ə olan informasiyalardır.
 
Qeyd edək ki, təhsil müəssisələrinin nəzərinə çatdırılır ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili  buraxılış sinif şagirdlərinin  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir.  
Bunu nəzərə alaraq, TQDK şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.
шаблоны для dle 11.2

Xəbər lenti
6 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
4 02 2025
4 02 2025
4 02 2025
4 02 2025