Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-03-2015, 17:55)
Şagird və müəllimlərə şad xəbər

Şagird və müəllimlərə şad xəbər

Azərbaycan Təhsil Nazirliyi iki elektron xidmətini “Elektron hökumət" portalına inteqrasiya edib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Azvision.az-a verilən məlumata görə, artıq “Elektron hökumət" portalı üzərindən "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” e-xidmətlərindən faydalanmaq mümkündür.
"Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyəti üzrə təqdim edə biləcəklər.
"Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə isə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.
Bununla da "Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025