Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-10-2017, 10:20)
Azərbaycanda ilanların pulla tutulması təklif edilir

Azərbaycanda ilanların pulla tutulması təklif edilir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.

Mediatv.az xəbərinə görə, institutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar instituta ilanların zərərsizləşdirilməsi ilə bağlı müraciətlərin sayının artdığını da söyləyib.

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: “Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-nin razılıq məktubu əsasında institutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda institutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.

Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin: "Bunun üçün institutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.

E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar, əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: “İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirlər”.

Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artdığını güman edirlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024