Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-10-2017, 15:40)
Aİ rəsmisi Azərbaycanda özəl sektordakı işçi problemindən danışdı

Aİ rəsmisi Azərbaycanda özəl sektordakı işçi problemindən danışdı

 

"Peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil".

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyamsdeyib. 

Onun sözlərinə görə, son bir il ərzində Avropa İttifaqı tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət arasında keçirilən sorğudan sonra bu nəticəyə gəlinib.  

Qurum rəsmisi bildirib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir: "Buna görə də düşünürük ki, Azərbaycanda peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır. Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektoru ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq".

C.Uilyams əlavə edib ki, Avropa İttifaqı hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərməyə hazırdır: "Bizə məlumdur ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilib, yeni yol xəritəsi hazırlanıb. Bu işlər çərçivəsində Avropa İttifaqı  işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024