Sosial (22-09-2014, 13:10)
Təhsil naziri direktorlara tapşırıq verdi
Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb
Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq verilib.
2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.
Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.
Əmrdə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına müvafiq tapşırıqlar verilib.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025