Cəmiyyət (18-09-2017, 10:16)
Məktəblərdə valideynlərdən pul tələb edilməsi ilə bağlı məlumatlara RƏSMİ CAVAB
Bakıdakı orta məktəblərdə valideynlərdən pul tələb edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılmış məlumatlara rəsmi münasibət bildirilib.
Mediatv.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı BŞTİ-yə heç bir müraciət daxil olmayıb.
“Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı konkret faktlara əsaslanan və anonim olmayan müraciətlər olduğu halda araşdırılır və müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. Bu baxımdan, valideynlərlə aparılan iş də xüsusilə qeyd olunmalıdır ”, - deyə BŞTİ-dən bildirilib.
