Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-09-2017, 12:12)
Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil oldu

Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil oldu

 

8500-dən uşaq xəstəxanalara yerləşdirildi.

Bu ilin ilk 8 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 455 900-dən artıq müraciət daxil olub.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, BŞTTTYS-nın baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında bildirib ki, təcili yardıma daxil olan müraciətlər əsasında 43070-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, bu müddət ərzində uşaqlarla bağlı edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub: “Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq, həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə müraciətlərin sayı 50267, miokard infarktı ilə müraciətlərin sayı 577, insultla müraciətlərin sayı 2497, doğuşla bağlı müraciətlərin sayı 2087, zədələnmələrlə bağlı müraciətlərin sayı 14072 olub.

Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq  yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər”.

Baş həkiminin müavini İradə Əliyeva bildirib ki, bu il Bakıda evdə doğuşlarla bağlı təcili tibbi yardıma 68 müraciət daxil olub, müraciət edənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, adətən, doğuş bitdikdən sonra təcili yardıma müraciət edilir və körpələr küvez vasitəsilə xəstəxanalara aparılır. İ.Əliyeva qeyd edib ki, evdə doğuşlar, adətən, II və III doğuşlar olur: “Bu müraciətlər periferik stansiyalarda, kəndlərdə, rayondan paytaxta gələn və vaxtından əvvəl qeydə alınan təsadüf doğuşlarla bağlı qeydə alınır. Mərkəzi stansiyalarda, paytaxtın mərkəzi rayonlarında evdə doğuş halları, demək olar ki, qeydə alınmır”.

İ.Əliyeva qeyd edib ki, pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024