Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-09-2017, 11:24)
Təhsil İdarəsi ibtidai siniflərdə iş dəftərlərinin satılması məsələsinə aydınlıq gətirdi

Təhsil İdarəsi ibtidai siniflərdə iş dəftərlərinin satılması məsələsinə aydınlıq gətirdi

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ibtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə satılması məsələsinə münasibət bildirib.

Mediatv.az Report-a istinadən xəbər verir ki, idarənin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, uşaqların inkişafına təsir edən əlavə tədris materiallarının çoxluğu onların yaxşı təhsil almalarına xidmət edir.

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələyə məhdudiyyət qoymayıb, amma iş dəftərlərinin alınmasını da tələb etmir: “Eyni zamanda, bəzi hallarda uşaqlarla iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər. Cəmiyyətdə olan narazılıqları aradan qaldırmaq üçün bu il Təhsil İdarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə, bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələdə də ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək. İbtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə alınması ilə bağlı heç bir məcburiyyət yoxdur. Bu, uşaqların müstəqil işi üçün lazım olan tapşırıq dəftəridir”.

M.Vəliyeva vurğulayıb ki, bu gün Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: “Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. I sinfə qəbulda 45 mindən artıq uşağın sənədləri məktəblərə təqdim edilib. Biz 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulunu gözləyirik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024