Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-08-2017, 18:30)
Şəkidə televiziya əməkdaşı qəzaya düşdü – FOTO

Şəkidə televiziya əməkdaşı qəzaya düşdü – FOTO

 

"ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Səmədov qəzaya düşüb. 

Mediatv.az  xəbər verir ki, bu barədə Report-un Şimal-qərb bürosuna jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib. 

Onun sözlərinə görə, hadisə avqustun 29-da, axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026