Hadisə (12-09-2015, 17:27)
Şəkidə üç avtomobil toqquşdu
Hadisəni törədən sərxoş sürücü xəstəxanaya yerləşdirilib
Şəkidə zəncirvari qəza baş verib.
Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəki rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəki şəhər sakini 1959-cu il təvəllüdlü Knyaz Cabbar oğlu Abdullayevin idarə etdiyi 90- SM- 497 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. O, əvvəlcə yolun kənarında dayanan Nicat Kamil oğlu Əliyevə məxsus 90- JS- 286 dövlət nömrə nişanlı Ford markalı mikroavtobusu vurub. Daha sonra isə ərazidən qaçmaq istəyərkən 55- BC- 740 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobili vurub.
İkinci qəzadan sonra avtomobil səkiyə çırpılaraq dayanıb.
Qəza zamanı "Hyndai" markalı maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Xəstəxanadan yaralının vəziyyətinin normal olduğunu bildirdilər.
Qəzaya ilkin ehtimal Knayz Abdullayevin sükan arxasına içkili vəziyyətdə əyləşməsi olub.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Bundan əvvəl də Şəkidə yol qəzası baş vermişdi. "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdı. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilmiş və sürücünü avtomobildən çıxararaq, təhvil vermişdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024