Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-08-2017, 11:31)
Çaylarda sululuq səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi dəyişdi

 

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 38 m3/s olmaqla, ongünlük normanın 28 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 56.0 m3/s təşkil edərək, ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 6 sm azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il avqustun 14-də 366 sm), Şirvanda 201 sm, Salyanda 130 sm (2016-cı il avqustun 14-də 145 sm), Bankədə 177 sm (2016-cı il avqustun 14-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 14-də 74 sm) təşkil edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024