Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (31-07-2017, 12:22)
ADAU-nun Almaniya universitetləri ilə əlaqələri genişlənir

               ADAU-nun Almaniya  universitetləri ilə əlaqələri genişlənir

 

Dünyanın 20 ölkəsinin 50-dən artıq universiteti  ilə əməkdaşlıq edən Azərbaycan DövlətAqrar Universitetinin (ADAUgeniş ikitərəfli əməkdaşlığa malik olduğu ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə, professor- heyəti təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədi ilə Almaniyaya Federativ Respublikasının müvafiq ali təhsil vəelmi-tədqiqat müəssisələrinə göndərilir. Ümumilikdə ADAU-nun Almaniyanın aqrar sahə üzrəkadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələrimövcuddur. Bu universitetlərdən Münhen Texniki Universitetini (Technische UniversitätMünchen), Vaynştefan Trizdorf Tətbiqi Elmlər Universitetini (Hochschule WeihenstephanTriesdorf)Gottingen Universiteti (Georg August Universität Göttingen), Giessen Universiteti(Justus-Liebig-Universität Gießen), Qrayfsvald Universiteti (Universität Greifswald) və digərləridir.

       Bundan başqa, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədi ilə ADAUAlmaniyanın bir neçə təcrübə təşkilatları ilə əməkdaşlıq edirBunlara DEULA, LOGO, PRAXXGetec-Solutions,  Apollo və Intership International təşkilatları daxildir.   

      Almaniyanın ən böyük təqaüd təşkilatı olan DAAD (Alman Akademik Mübadilə xidməti) ilə də əlaqələrin genişləndirilməsi istiqamətində bir çox işlər görülür, o cümlədən tələbələrin yay dilkurslarında iştirakının təmin olunması  üçün  köməkliklər göstərilir.

        ADAU alman universitetləri ilə birgə tədqiqat layihələri də həyata keçirir. Bu layihələrə misalolaraq Grayfsvald Universiteti ilə birgə reallaşdırılan və hazırda  davam edən "QafqazdaAzərbaycan və Gürcüstanda yay-qış otlaqlarının idarə edilməsi" mövzusunda tədqiqat layihəsini göstərmək olar.

         Yalnız cari ildə, 1 yanvar 2017-ci il tarixindən bu günədək ADAU-dan 19 nəfər, o cümlədən 9 tələbə müxtəlif fermer təsərrüfatlarında təcrübə keçməyə, 1  tələbə yay dil kursunda iştiraketməyə, 5  tələbə magistr təhsili almağa, 2 müəllim tədqiqat işi aparmağa və 2 müəllim isə əlaqələrin genişləndirilməsi və tələbələrimizin mövcud vəziyyəti ilə tanışlıq məqsədi iləAlmaniyaya göndərilmişdir.   

 

 

   Tədris işləri üzrə prorektor

   Anar Hətəmov

 

               ADAU-nun Almaniya  universitetləri ilə əlaqələri genişlənir
               ADAU-nun Almaniya  universitetləri ilə əlaqələri genişlənir
               ADAU-nun Almaniya  universitetləri ilə əlaqələri genişlənir
               ADAU-nun Almaniya  universitetləri ilə əlaqələri genişlənir

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024