Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-07-2017, 14:02)
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir

 

Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir

            Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti, Poznan Təbiət Elmləri Universiteti, Bıdqoş Elm və Texnologiya Universiteti və Krakov Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur.

       ADAU-nun doktrantı Raqif Hüseynov, magistrantları İlkin İbrahimov və Qafar Məmmədov Varşava Təbiət Elmləri Universitetində təhsillərini başa vurublar. Universitetin əməkdaşları Nəzakət İsmayılova və Gülşən Əliyeva qeyd olunan universitetdə tələbələrə  mühazirələr söyləyiblər. Polşalı alimlərin ADAU-nun tələbələri üçün mühazirə aparmaları artıq ənənənə halını alıb. 2016-cı ilin mart ayında Varşava Təbiət Elmləri Universitetinin professoru Tadeuş Moskalik ADAU-nun aqronomluq fakültəsində meşəçilik”, “ekologiya” ixtisası üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olmuşdur.

Universitetlərarası əlaqələrin genişlənməsi özünü fakültələrarası əməkdaşlığın inkişafına da səbəb olur.  Belə ki, Poznan Təbiət Elmləri universitetinin  Meşəçilik fakültəsi ilə ADAU-nun Aqronomluq fakültəsi arasında mövcud olan əməkdaşlıq müqaviləsi və Erasmus+ mübadilə proqramına əsasən 2017/2018-ci ilin payız semestrində  ADAU-nun “meşəçilik” ixtisası üzrə 3 tələbəsi təhsillərini Polşada davam etdirəcəklər. Bununla yanaşı, qeyd olunan semestrdə Polşalı 2 tələbə ADAU-da təhsillərini davam etdirəcəklər.

   2017-ci ilin mart ayında inzibati heyətin mobilliyi proqramına əsasən, beynəlxalq əlaqələr şöbəsinin müdiri Aygül Bağırova adıçəkilən universitetdə səfərdə olmuşdur.

    2017-ci ilin aprel ayında ekologiya və meşəçilik kafedrasının professoru Zakir İbrahimov Poznan Universitetində mühazirə söyləmiş, Polşalı tələbələrlə praktiki iş həyata keçirmişdir. 2017-ci ilin may ayında həmin universitetin əməkdaşları Joanna Pietrzak,  Kristof Yablonski və Qreqor Raçka ADAU-da işgüzar səfərdə olublar.

    Polşanın digər ali təhsil müəssisəsi olan Bıdqoş Elm və Texnologiya Universiteti ilə mövcud olan əməkdaşlıq müqaviləsi və Erasmus+ proqramına əsasən hələlik yalnız inzibati heyət və müəllim mübadiləsinə növbəti tədris ilindən etibarən başlanılacaq.

        Dünyanın aparıcı ali aqrar təhsil müəssisələrindən olan Krakov Aqrar Universiteti ilə əlaqə yaradılmış, əməkdaşlıq müqaviləsi imzalanmaq üçün hazırlanmışdır. Əməkdaşlıq müqaviləsində digər məsələlərlə yanaşı, mövcud tədris planlarının uyğunlaşdırılması, ikili diplomlu proqramların həyata keçirilməsi prioritet yer tutur.

Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024