Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-07-2017, 13:19)
İstirahət mərkəzindəki faciənin xəstəxanalıq olan qurbanlarından xəbər: Onları “tok” vurmayıb...

İstirahət mərkəzindəki faciənin xəstəxanalıq olan qurbanlarından xəbər: Onları “tok” vurmayıb...

 

Ötən həftə İsmayıllı rayonunun “Green house” istirahət mərkəzində iki nəfərin cərəyan vurması nəticəsində dünyasını dəyişməsi hadisəsi geniş müzakirələrə səbəb olmuşdu. Yayılan informasiyada dünyasını dəyişən şəxsləri xilas etməyə çalışan Zaur Əliyev və Eltəkin Umarovun da “tok” vurması diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi qeyd olunmuşdu.

Mediatv.az-ın məlumatına görə, qafqazinfo bu gün xəsarət alan hər iki şəxsin vəziyyəti ilə maraqlanıb və məlum olub ki, onları  “tok”  vurmayıb. 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, onlar qohumlarının ölümünü görərkən stress keçiriblər: “Eltəkin Umarova və Zaur Əliyevə heç nə olmayıb. Həyatları üçün təhlükə baş verməyib. Elə həmin gün də evlərinə gediblər”. 

Qeyd edək ki, faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, istirahət mərkəzində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024