Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-07-2017, 10:30)
Nazir: "Magistraturaya sənəd verənlərin sayı 46 faiz azalıb"

Nazir: "Magistraturaya sənəd verənlərin sayı 46 faiz azalıb"

 

Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin "Məzun günü"ndə çıxışı zamanı deyib.

M.Cabbarov qeyd edib ki, bu da ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsidir: "Bu artım həm də gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmin yaradır".

Nazir əlavə edib ki, bu gün elm və təhsildə aparılan islahatlar insanların intellektual bazasının artmasına, dövlətimizin möhkəmlənməsinə xidmət edir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, AMEA-da indiyədək kifayət qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirilib: "Lakin magistratura pilləsinin məzunlarının olması elmlə təhsilin inteqrasiyası deməkdir. Mən məzunlara müraciət edərək deyirəm ki, bu gün mövcud olan bəzi ixtisaslar haqqında 10-15 il əvvəl məlumat yox idi. Bugünkü ixtisaslar da 20 ildən sonra köhnəlmiş sayıla bilər. Ona görə də insanın özünü inkişaf etdirməsi vacibdir".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024