Cəmiyyət / Slayd (3-04-2017, 13:12)
Deputat Lerikdə “qan” tökür VƏ ONU LƏNKARAN ÇAYINA AXIDIR - VİDEOLAR
Lerik rayonu Piran kəndi ərazisindən keçən Ləkər və Piran çaylarından bir neçə ildir ki, çınqıl daşınması səbəbindən ətrafda yarğanlar əmələ gəlib.
Mediatv.az xezerxeber.az istinadən məlumat verir ki, çay ildən-ilə genişləndiyindən ətrafdakı evlərə təhlükə yaradır. Gün ərazində buradan 40-dan artıq iri tonajlı yük avtomobili ilə çınqıl daşınır.
Qazıntı aparan şirkət isə Lerik rayon İcra Hakimiyyətinin sərəncami ilə 2012-ci ildən ərazinin onlara qanuni şəkildə 50 illik müddətə icarəyə verildiyini söyləyir.
Kənd sakinlərini narhat edən daha bir məsəslə isə yaxınlıqda fəaliyyət göstərən quşçuluq fabrikin kəsim sexindən qanlı suyun Piran çayına axıdılmasıdır. Ekoloji çirklənməyə məruz qalan bu çayın suyundan sakinlər yay aylarında təsərüfatlarını suvarmaq üçün istifadə edirlər.
1saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məsələyə aydınlıq gətirilərkən bildirildi ki, şirkət tərəfindən çayın çirkləndirilməsi faktı olub. Bu səbəbdən şirkət cərmələnib. Sonrakı dövrlərdə belə bir hala rast gəlinməyib.
Yerin ona məxsus olmasını iddia edən vətəndaşa tövsiyə olunub kı, sənədlərlə məhkəməyə müraciət etsin.
Gununsesi.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: