Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-04-2017, 17:11)
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR

Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR

 

Kürdəmir rayonunun Xınıslı kəndində qanunsuz at kəsimi aşkar edilmişdir

 

Mediatv.az:  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

 

Martın 31-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Kürdəmir rayonu, Xınıslı kənd sakini Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən oradakı 10-VH-988 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilinin yük yerində antisanitar vəziyyətdə, polietilen torbalara yığılmış,  satış üçün nəzərdə tutulan 2 baş atın sümükdən ayrılmış 150 kq çəkisində əti, daxili orqanları və atların baş-ayaqları aşkar olunmuşdur. Həmçinin,  həyətyanı sahədə antisanitar şəkildə at dəriləri, skeletləri, daxili orqanları  və qan laxtaları ilə dolu primitiv quraşdırılmış kəsim yeri, ətləri asmaq üçün qarmaq, müxtəlif alət və ləvazimatlar aşkar edilmişdir.

 

Bağırov Anar Ağanəsib oğluna məxsus avtomobilin yük yerinə yığılmış at ətlərdən və daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 

Bağırov Anar Ağanəsib oğlu həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib.

 

Xatırladırıq ki, bu, Bağırov Anar Ağanəsib oğlunun ilk əməl deyil. Alınan məlumata görə, o, bir xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 16 aprel 2015-ci il tarixində də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən soyulub ağacdan asılmış vəziyyətdə 2 baş at aşkar edilmişdir.

 

Bağırov Anar Ağanəsib oğluna məxsus avtomobilin yük yerində aşkar edilən sümükdən ayrımış ətlərdən və kəsilmiş atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcəkdir.

 

Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR
Kürdəmir sakininin "Mercedes"ində 150 kilo at əti aşkarlandı - FOTOLAR

 

Mətbuat katibi: Yolçu (Xanvəli) Həsənov

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024