Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-03-2017, 15:47)
Mətbuat Şurasının sədri: "Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar"

Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar
Son zamanlar mediada intiharlarla bağlı çox saylı yazılar gedir.


Mediatv.az:  Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, belə cür xəbərlərə həssas yanaşmaq lazımdır: “Bu qanunvericilikdə də təsdiqlənir. Hətta son dövrlərdə parlamentdə internet saytları ilə bağlı qəbul olunan qanunda da birmənalı olaraq qeyd edilib ki, cəmiyyəti təşvişə salacaq neqativ hallarla bağlı yazıları vermək düzgün deyil”.

Əflatun Amaşov vurğulayıb ki, elə bir şərait yarana bilər ki, hər hansı bir insan intihar barədə düşünər: “Belə hallarda televiziyada, qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bu cür xəbərlər gördükdə həmin insanda intihara cəhd hissi güclənə bilər. Təbii ki, hər kəs problemdən çıxış yolunu gördüyü, eşitdiyi informasiya əsasında axtarır. Əlbəttə ki, bu cür ehtiyyatsiz məlumatlar da insanları intihara aparıb çıxıarır.

Azərbaycan Mətbuat Şurası olaraq media nümayəndələrinə tövsiyə edirk ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar, soyuqanlı yanaşsınlar. Hadisə baş verirsə, təbii ki, bu cəmiyyətə çatdırılmalıdır. Ancaq çatdırılma formasını seçərkən kifayyət qədər ehtiyatlı olmaq lazımdır”. 

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024