Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-05-2016, 17:32)
“Qanunvericiliyə bloqqer anlayışını daxil etməliyik” - Əflatun Amaşov

“Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var”. 

 

Mediatv.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

 

Ə. Amaşov deyib ki, media qanunvericiliyinə “bloq”, “bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: “Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.

 

Ə. Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan Hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

APA

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024