Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-03-2017, 18:14)
“Torpağı şəhidsiz qorumaq və geri qaytarmaq mümkün deyil…” - ELDAR SABİROĞLU

eldar

“Mənə bir neçə saytdan da döyüşlərlə bağlı münasibət bildirməyi istəmişdilər. Lakin müdaxilə etməməyi qərarlaşdırdığımdan hər hansı media orqanına  açıqlama verməkdən uzaq durdum. Bunu elə başa düşmək lazım deyil ki, söz yoxdur,  təhlil imkanlarımız məhduddur.  Sadəcə mübahisələrə yol açmamaq naminə susmağı üstün tutdum. Həm də ölkədə söz, fikir elə bir ölü duruma salınıb ki, nə desən belə  əhəmiyyətsizdir. Söyləyirlər ki, döyüş getdiyi  zaman  rəsmi informasiyadan kənar başqa  məlumat vermək olmaz.  Razı, qoy belə olsun.  Ancaq inanın ki,  gündəmi məhz doğru informasiyalarla yükləyərkən insanlar bunu daha düzgün başa düşür və qəbul edirlər”.

Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu Moderator.az-ın “Cəbhədə son döyüşlər haqqında nədənsə sizin səsinizi eşidə bilmədik. Halbuki 7 il MN-nin mətbuat xidmətinin rəisi vəzifəsini daşımısınız. Niyə danışmaq istəmirsiniz?” sualını cavablandırarkən deyib.
Eldar Sabiroğlu daha sonra son insident zamanı Müdafiə Nazirliyinin mətbuat xidmətinin itkilərimizlə bağlı gec məlumat verməsinə də münasibət bildirib:
“MN-də xidmət etdiyim dövrdə təmas xəttində baş verən bu və ya digər insidentlə əlaqədar indi informasiya ehtiyatlılığının  tərəfdarları kimi  çıxış edənlər cəmi üç il öncə mənim yaxamı üzürdülər ki, niyə susursan, niyə saatda bir məlumat yaymırsan. Hətta vaxtilə  Müdafiə Nazirliyinin əleyhinə təşkil olunmuş  mitinqlərdə bu adamlardan bəziləri fəalcasına iştirak da edirdilər. İndi televiziyalarda, sosial şəbəkələrdə onları izləyərkən mənə çox qəribə görünür.
Bəli, qütbləşmə qəbul edilməzdr. Ordunu müdafiə etmək, onun  ictimai nüfuzunu  yüksəltmək  hər birimizin  borcudur və bunu bir an belə yaddan çıxarmaq olmaz. Ancaq eyni zamanda o fikirdə də deyiləm ki, müəyyən həddləri gözləməklə hər hansı informasiya genişliyi Silahlı Qüvvələrimizin adına xələl gətirmiş olsun.
Bəs bu hörmət gətirirmi ki, şəhidlərimizi  düşmən 6 saat sonra adbaad sosial mediaya çıxardığı halda biz gözləməyi seçdik və  onlardan 2 sutka sonra şəhidlərimizin adlarını açıqladıq. Vaxtında bunu etmiş olsa idik nə baş verərdi ?! Məncə nə dünya dağılar, nə də bununla bağlı  MN-ni kimsə hədəf götürə bilməzdi. Bu haqslızıq olardı. Mətbuat xidmətində suç axtarmayaq. Xidməti yönləndirən çarpazlı həlqənin dərkinə görə guya “tələskənlik” ictimai çaşqınlığa fürsət verə bilərdi. Bu düşüncə ilə qətiyyən barışmaq olmaz. Savaşda canlı itkiyə  yol verilməsi  təbiidir. Necə ola bilər ki, gərgin döyüşlər gedir, amma itki verməyəsən. Torpağı şəhidsiz  qorumaq və geri qaytarmaq mümkün deyil.
Nə isə, bəzi məsələlər və suallar da vardır ki, üzərindən keçməyi lazım bilirəm.
Ordu elə bir sturukturdur ki, burada hər şeyi süfrə başına gətirmək olmaz. Lakin eyni zamanda elə məsələlər də vardır ki, onların deyilməsi ilə tufan qopmaz. Baxın görün, son döyüşlərlə baglı ekspertlərin və bəzi yüksək zabitlərin özlərinin bir-birini möhkəm döyən ziddiyyətli açıqlamaları ilə tanış olduq. Bu niyə belə olmalıdır ki?”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025