Hadisə (15-01-2016, 17:47)
Eldar Sabiroğlu: “...Ailəm üçün yaxşı nəticələnmədi”
“Bu 5 ildə ortada rüşvət məsələsi yox idi. İndi nə oldu rüşvət məsələsi ortaya çıxdı?”
Mediatv.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərova cinayət işi açılması məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hələlik məsələnin nə ilə nəticələnəcəyini gözləyir.
“İndi ətraflı nəsə deyə bilmirəm. Hadisələrin sonunu gözləyirəm. Adətən, belə hallarda kiminsə üzünə durmaq çətin məsələ deyil. İndi nə faktlar toplayıb ortaya nələr atıblarsa nəticəsini gözləməklə məşğulam. Hələ ki, oğlumun adının rüşvət məsələsində hallanmasına bir ata kimi arqumentlərim yoxdur.
Bunu vəziyyətin gedişatı zamanı biləcəm. Əgər istintaq aparsalar mən də o zaman geniş formada fikirlərimi bildirəcəm. Bir onu deyə bilərəm ki, ard-arda mətbuata verdiyim açıqlamalar ailəm üçün yaxşı nəticələnmədi”.
Qeyd edək ki, Rüfət Səfərov 5 il Zərdab rayonunda müstəntiq kimi fəaliyyət göstərib. Bir müddət öncə isə prokurorluq orqanlarından istefa verib. Həmçinin, sərt açıqlamaları ilə gündəmə gəlib.
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024