Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-02-2017, 19:15)
Əksər nazirliklər, komitələr və universitetlət birləşməlidir - Millət vəkili

fazil
 
Azərbaycanda daha çevik idarəetmə institutu formalaşdırmaq üçün bir-birini təkrarlayan nazirliklər, dövlət komitələri, universitetlər və digər dövlət qurumları ixtisar olunaraq birləşdirilməlidir.
 Mediatv.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında  millət vəkili Fazil Mustafa  Azərbaycan Prezidentinin Nəqliyyat  Nazirliyinin ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə birləşməsi ilə bağlı imzaladığı sərəncamı  şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər ölkədə qənatə rejiminə keçmək  və çevik idarəetmə  mexanizmi yaratmaq istəyiriksə, o zaman ilk növbədə bu islahatlar dövlət strukturlarından başlamalıdır:
“Bu islahatların aparılması vacibdir. Bir-birini təkrarlayan və oxşar  qurumlar, nazirliklər, dövlət komitələri, hətta, universitetlərin  birləşməlidir. Paralel qurumların birləşməsinin faydası ola bilər. Ümid edirik ki, ölkə başçısının bugünkü məlum sərəncamı da  idarəetmədə  irəliləyişlərə səbəb  olacaq”.
ziya11
ziya-765x510
Ziya Məmmədovun “vurulması” ilə bağlı fikirlərə gəldikdə isə millət vəkili deyib ki, bu ölkə Prezidentinin səlahiyyətində olan məsələdir. “Prezident  kimi istəyər vəzifədən  çıxarar, kimi istəyər təyin edər. Kadrların uğurlu olması hamımızın istəyidir.  İstəyimiz odur ki, idarəetmədə irəliləyişlər olsun. Ona görə də  bu məsələdə fikir söyləmədkə çətinlik çəkirəm”-deyə, millət vəkili vurğulayıb.
İslahatların davamlı olmasına gəldikdə isə F.Mustafanın fikrincə, əgər  proses başlayıbsa, bu, gələcəkdə də davam edəcək:
“Hansı  nazirliklər və komitələr birləşəcək, deyə bilmərəm. Burada fikir söyləmək istiqamətləndirici rol oynaya bilər.
Məndən olarsa, ölkədə daha effektli idarəetmə sistemi yaratmaq məqəsdi ilə əksər nazirliklər, komitələr, universitetlər birləşməlidir. Mənim fikrim burada  hansısa təsiredici rola malik olmadığından,  konkret olaraq hansı qurumların birləşməsi haqqında  nəsə deməyi xoşlamıram. Sturktur islahatları  prezidentin səlahiyyətinə aid olan məsələ olduğundan  fikir söyləmək çətindir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024