Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-12-2016, 13:50)
Xəzərdə itkin düşən neftçilər tapılmayıb – FHN

eskekada-xezer

Dekabrın 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Xəzər dənizindəki Neft yığım məntəqəsində estakadanı külək uçurması zamanı itkin düşən neftçilərin cəsədi hələ də tapılmayıb.

Mediatv.az-a Fövqəladə Hallar Nazirliyi axtarış işlərinin geniş ərazidə davam etdirildiyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, 150 metr məsafədə uçmuş estakadanın dənizdən təmizlənməsi üçün çoxsaylı dalğıclar və gəmilər cəlb edilib.

“Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub”, -deyə məlumatda qeyd edilir.

Dekabrın 15-də Xəzər dənizində güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024