Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (14-12-2016, 11:47)
Hərbi salam verə bilməyən prokurorun kimliyi bilindi

1481699617_tariyelqurbanovherbisalam (1)

Mərhum Prezident Heydər Əliyevi anım günündə prokurorluq əməkdaşlarının Fəxri Xiyabanı – Heydər Əliyevin məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib.

Mediatv.az xəbər verir ki, yayılan videokadrlarda belə bir an diqqəti cəlb edib ki, prokurorlardan biri hərbi salamı sol əllə verib. 

Dünəndən etibarən düzgün hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.

İnternetdə, sosial şəbəkələrdəki müzakirələrdə hərbi salamı sol əllə verən prokurorun kimliyi açıqlanmasa da, prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddiaları irəli sürülüb.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.

Baş Prokurorluqdan faktı sayta təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024