Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-12-2016, 14:25)
Nazir müşaviri məhkəmədə sirr açacaq

0364

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızıllarını oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi qapalı keçiriləcək.

Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb sabiq nazir müşavirinin vəkilinin vəsatəti olub. Vəkil vəsatətində bildirib ki, Çingiz Baxşıyevin əmlakını haradan əldə etməsi, biznes fəailiyyəti ilə bağlı dedikləri kommersiya sirridir.

“Ötən prosesdə Çingiz Baxşıyev əmlakını, oğurlanan qızıllarını haradan əldə etməsi, biznes fəaliyyəti haqda danışdı. Bu isə kommersiya sirridir. Ancaq mətbuatda bu haqda yazıldı. Bu gün isə Çingiz müəllimin qızları ifadə verəcək. Onlar ailə sirləri ilə bağlı danışacaqlar. Kürəkənləri ilə münasibətlərinə toxunacaqlar. Ailə sirrinin qorunmasını da nəzərə alaraq prosesin qapalı keçirilməsini xahiş edirik”- deyə vəkil qeyd edib.

Prokuror Fərid Nağıyev vəsatət münasibət bildirərək təmin edilməsinə etiraz etmədiyini söyləyib.
Nazir müşavirinin 800 minlik qızıllarını oğurlamaqda təqsirləndirilən qohumu Rövşən Əhmədovun vəkili Adəm Məmmədov isə bu vəsatətə etiraz edib.
“Burada nə dövlət sirri, nə kommersiya sirri, nə də ailə sirri var. Əgər bu proses qapalı keçirilərsə, cəmiyyətdə belə bir fikir formalaşacaq ki, Çingiz Baxşıyev müəyyən imkanlardan istifadə edərək məhkəmənin qapalı keçirlməsini təmin edib. Başa düşürük ki, külli miqdarda qızıl oğurlanıb. Amma Çingiz Baxşıyev istəsə, qızılları haradan əldə etməsi, nə işlə məşğul olması ilə bağlı sualları cavablandırmaya bilər. Biz məhkəmənin qapalı keçirilməsini istəmirik”- deyə Adəm Məmmədov qeyd edib.

Oğurluqda təqsirləndirilən Rövşən Əhmədov vəkili ilə razılaşdığını deyib.
Zərərçəkmiş sabiq nazir müşaviri də məhkəmənin qapalı keçirlməsini istəyib.
Çingiz Baxşıyev deyib ki, bu hadisə baş verəndən mətbuatda onun barəsində yazılar yazılır: “Bu yazılar Adəm Məmmədov tərəfindən mətbuata ötürülür. Prosesin qapalı keçirilməsini xahiş edirik”.
Məhkəmə heyəti yerində müşavirə edib. Hakim Rasim Sadıqov prosesin hökm elan olunana qədər qapalı keçiriləcəyi ilə bağlı qərarı elan edib.

Jurnalistlər məhkəmə zalından çıxarılıb.
Xatırladaq ki, Rövşən Əhmədov 10 ildən artıq Çingiz Baxşıyevin yanında işləyib. Onun milyonlarıa manat pulunu, bankalarfd qızıllarını saxlayıb. Sonda qohumlar düşmən olub. Buna səbəb Çingiz Baxşıyevin Rövşən Əhmədovu 800 minlik qızıl oğurlamaqda ittiham edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024