Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-12-2016, 15:16)
20 manat yükləyəndə, 10 manat göstərir – Qaz sayğaclarında “fokus”

qaz saygac

“Azəriqaz” rəsmisi: “Oğurluq niyə olur ki? Tarif Şurasının qərarının icrasıdır”

Mediatv.az:   Tarif Şurasının təbii qazın qiymətinin artırılması ilə bağlı qərarı qeyri-əhali istifadəçi qrupu üçün artıq qüvvəyə minib. Ancaq problem odur ki, sayğaclar yenilənmək, yaxud proqram təminatında düzəliş etmək əvəzinə, əhalinin ödədiyi məbləğ doğru göstərilmir, məbləğ iki dəfə kəsilir.

Bununla bağlı artıq redaksiyamıza şikayətlər edilir. Bildirilir ki, smart kartlar üçün edilən ödəniş sayğaclara yüklənən zaman iki dəfə az göstərilir. Karta 20 manatlıq ödəniş edildiyi zaman sayğaca yükləndikdə, 10 manatlıq ödəniş göstərilir.

Qeyd edək ki, ekspertlər Tarif Şurasının qərarı verilən zaman limitlərin müəyyən edilməsi, yaxud qeyri-əhali hissəsi üçün tarif dəyişməsinin ciddi problem yaradacağını bildirirdilər. Bildirilirdi ki, sayğaclar yenilənməli, yaxud sayğaca hansısa dəyişiklik edilməli idi ki, tarif dəyişikliyini hesabıamaq mümkün olsun. Görünən odur ki, bununla bağlı hökumət əlavə xərclərə getmək istəməyib. Ekspertlər qeyri-əhali ilə bağlı yaranan bu problemin qanunsuzluq və oğurluq olduğunu vurğulayırlar.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə məsələ ilə bağlı bildirib ki, qeyri-əhali üçün yeni tariflərin tətbiqində problem yoxdur: “Bu, niyə oğurluq olur ki? Tarif Şurasının qərarın icrasıdır. Qeyri-əhali üçün tariflər artıq qüvvəyə minib, karta 20 manat yükləyəndə, sayğacda on manatın yükləndiyi göstərilir. Bu, proqram təminatının yenilənməsidir, yeni tariflərin hesablanmasıdır”.

O, həmçinin deyib ki, əhali istifadəçi qrupu üçün proqram təminatında ilin sonunda yenilənmə işləri aparılacaq.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu, biabırçılıqdır:“Əgər doğrudan da sayğaclar üçün yeni proqram təminatı yüklənən vəsaitin 2 dəfə aşağı göstərilməsidirsə, bu, biabırçılıqdır. Belə yanaşma olmaz, bu, vətəndaşları çaşdıracaq. Məbləğin özünün azaldılması deyil, sərfiyyatın artırılması olmalı idi. Bu, istehlakçıları həm çaşdıracaq, həm də hesabatları qarışdıracaq”.(musavat.com)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024