Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-12-2016, 23:14)
“Bahar Muradova həyəcan siqnalı verib…” – Vəkil vitse-spikerə minnətdarlıq etdi

get_img

Vəkil Qurban Məmmədov Milli Məclisin vitse-spikeri Bahar Muradovaya minnətdarlığını bildirib.

Mediatv.az xəbər verir ki, o  , Meydan TV-yə deyib ki, Bahar Muradova məlum çıxışı ilə sətiraltı da olsa, Azərbaycan xalqına gözlənilən sosial vəziyyətin ağırlığını çatdırıb:
“Vitse-spiker Bahar Muradova demək istəyib ki, ay millət, bilin və agah olun, onlar mövcud hakimiyyətin öhdəsindən gələ bilmirlər, qarşıdakı illərdə isə xalqı faciə gözləyir. Bahar xanım həyacan siqnalı verərək, kasıblığa alışmağı tövsiyə edir. Milləti oyatmaq üçün onun da əlindən bu cür danışmaq gəlir”.

Vəkil bildirib ki, Azərbaycan xalqı artıq 5-6 ildir yorğansızdır: “Məgər, millətin yorğanı var ki, ayağını da uzatsın? Camaat acından ölür, gömrükdə elə faiz qoyublar ki, ticarətçilər əvvəlki monopoliyaya dua etsin. Məqsədləri də monopolist cinayətkarlığa qayıtmaqdır. Hazırda ölkədə maliyyə sistemi çöküb, yerli valyuta hər gün dəyərini itirir və bunlara rəğmən rüşvət və korrupsiya yeni iş yerlərinin aşçılmasına imkan vermir. Bu mənada Bahar Muradova millətə onu çox sərt qışın gözlədiyini xəbər verib”.

get_img (1)İqtisadçı Məhəmməd Talıblı isə vitse-spikerin dediklərini “qənaətin yorğan ölçüsü” adlandırıb: “İqtisadiyyatda belə bir aforizm var: “Pul iqtisadiyyatın, səs isə siyasətin dilidir”. İqtisadiyyatın pulu qurtarır. Siyasətin dili nəyisə ifadə etmir. Sadəcə, onunla məşğul olanların arabir səsləri gəlir. Yorğanımız necə örtək? Onu ayaq ölçüsünə necə uyğunlaşdıraq kimi mesajlar var. Amma birinin yadına düşmür ki, bəlkə ayaq ölçüsünə uyğun yorğan tikək? Qənaətin ölçüsü bəlkə də yorğan yox, ayağa uyğun olan yorğan olmalı idi. Biz onsuz da beləyik. Dünyanın gedişatına dair qaydaları tərsinə tətbiq edirik. Ona görə nəticəsi belədir. Xərcləyəndən sonra qənaət edirik. Halbuki, qənaət edəndən sonra xərcləməli idik. Ona görə səbəb-nəticə uyğunsuzluğunun əlində qalmışıq”.

İqtisadçı bildirib ki, bazar iqtisadiyyatı şəraitində istehlakçıların nə yeməsinin, nə içməsinin və hansı həddə qədər istehlak etməsinin norması şəxsi istəyə bağlı məsələdir: “Ona müdaxilə əvvəla, qeyri-etikdir. Yəni, insanın şəxsi zövqünə kənar təsir kimi qiymətləndirilir. İkincisi, insan nə qədər istehlak edirsə, həmin miqdarda da xərcləməyə məcbur olur. Bazar iqtisadiyyatı şəraitində heç bir şey qarşılıqlı ödənişsiz mümkün olmur. Ona görə kim nə qədər istehlak edirsə, bir o qədər də xərcləmək gücünə malik olduğunu ifadə etmiş olur. Biz insanların xərclərindən onların gəlirini müəyyənləşdirmiş oluruq”.

M.Talıblı hesab edir ki, hökumət üzvlərinin vətəndaşları qənaətlə yaşamağa dəvət etməsi məntiqli deyil və dövlətin maraqlarına ziddir:
“Dövlət sektorunda təbii inhisarçıların istehsal etdikləri mal və xidmətlərin istehlak edilməsində hökumətlər daha çox maraqlı olmalıdır ki, bu artımdan dövlətin maliyyə imkanları daha da artsın. Tutaq ki, onu dövlət yox, özəl sektor istehsal edir. O zaman isə lap əla! İqtisadi dövriyyənin həcminə adekvat olaraq fiskal qurumlar daha çox vəsait toplayacaq. İqtisadi aktivlik artacaq və büdcəyə daxilolma diapazonu genişlənəcək. Hökumət bu fiskal kanalın daraldılmasında niyə maraqlı olmalıdır ki? Axı, o ev təsərrüfatlarını yox, dövlətin maraqlarını düşünməlidir. Ailə büdcəsinin planlaşdırılması kiçik “dövlətlərin” özü işidir. Belə mənəviyyat əmsalının yüksək olmasına iddialı olub, humanizmin nümayiş etdirilməsi yerində deyil”.

Olaya fəlsəfi baxımdan yanaşan iqtisadçı deyib ki, insan dünyaya müxtəlif yaddaşla və digər fərqli göstəricilərlə gəlir:
“Həyatda insanın yaşam şərtləri, zövqləri və maraqları formalaşır. Onun standartlarının və tələbatlarının süni sürətdə məhdudlaşdırmasının özü ədalətsizlikdir. Bir manat qazanan 1 manatlıq yaşayışa, 10000 manat qazanan isə 10000 min manatlıq yaşama layiq olmalıdır. Aşığı yığan oynamaq üçün yığır. Onun oyun meydanı yoxsa, aşığı yığmaq onun nəyinə lazım? Onun durmadan qazanmaq ehtirası özünüifadə zövqü üçündür. Onun imkanlarını məhdudlaşmağa yönəlik mesaj və ya təşəbbüs onun qazanmaq marağını destimulizasiya edir. Qənaət təkcə çətin günlərdə yada düşən norma olmalı deyil. Qənaət dövlətin maliyyə axını kanalları üzərində daha çox cilovlayıcı mexanizm olmalıdır. Bahalı yarışlar və populist layihələr qənaət olunası əsas maliyyə həlqələri idi. Səbətlə göydən tökülən pullar zamanı qənaət yadlarına düşmədi. Hər şeyin tükənməyə doğru getdiyi zaman bu anlayışı dillər əzbərinə çevirdilər”.

bahar muradova azpolitika info vitse spiker2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.

“Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”,-deyə o bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024