Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-11-2016, 16:13)
Oliqarx Vaqif Əliyev: “Mən Azərbaycanda yaşamaq istəmirəm”

 

Ukraynanın 100 ən varlı adamlarından biri, uzun illərdir bu ölkədə yaşayan daşınmaz əmlak maqnatı, Kiyevdəki “Mandarin Hotel”in və digər aktivlərin sahibi, 48 yaşlı Vaqif Əliyev deyir ki, azərbaycanlı olsa da köçüb Azərbaycanda yaşamaq istəmir. 

Mediatv.az:  “Mən Kiyevdə daha səkkiz ticarət mərkəzi tikməyə hazırlaşıram. İndiyə qədər milyonlarla kvadratmetr tikmişəm və onların sahibiyəm. Çünki hesab edirəm ki, Kiyevin böyük gələcəyi var. İstənilən halda Ukrayna mövcud olacaq, müharibə qurtaracaq, hər şey olacaq. Bundan başqa mən heç vaxt Ukraynadan köçüb xaricdə yaşaya bilmərəm. Burada mənim bütün uşaqlarım, nəvələrim yaşayır. Özüm də xarici dil bilmirəm. Azərbaycanda yaşaya bilərəm, çünki azərbaycan dilini bilirəm. Ancaq istəmirəm, mənim Ukrayna xoşuma gəlir. Mən burada yaşamaq istəyirəm. Axı mənim 20 yaşım yoxdur. Bu yaşdan sonra hara köçə bilərəm?”.

Vaqif Əliyev yerli “ABCNews” portalına müsahibəsində onu da deyib ki, Kreşatikdə, Kiyevin mərkəzində 7 ulduzlu otel tikmək planları qüvvəsində qalır. “Mən hökmən onu tikəcəyəm. Bütün bu işləri bitirəndən sonra hökmən yeddilduzlu otel tikəcəyəm. Elə həmin vaxta qədər, 2-3 il sonra hər şey yaxşı olacaq, müharibə bitəcək”-azərbaycanlı iş adamı bildirib.

Vaqif Əliyevin sözlərinə görə, Ukrayna gözəl ölkədir, ukraynalılar gözəl xalqdır. “Görürsünüz, bir azərbaycanlı burada nə qədər obyekt tikir, bir ukraynalı da gəlib soruşmur ki, “azərbaycanlı, sən nəyə görə burada tikirsən?”. Burada baxmırlar ki, hansı millətdənsən, ona baxırlar ki, sən necə adamsan, necə yaşayırsan. Mənim qızlarım ukraynalılara ərə gedib. Tez-tez deyirəm ki, əgər sifətdən oxşasaydım məni milliyətcə ukraynalı saymaq olardı. Ukrayna mənə Azərbaycandan çox vətəndir. Hərçənd mən azərbaycanlıyam, bütün qohumlarım Bakıda yaşayır”-iş adamı deyib.

Vaqif Əliyev Kiyevdə Lavina Mall, BlockBuster Mall, Ocean Mall və digər ticarət mərkəzlərinin sahibidir, Kiyev meri Vitali Kliçko ilə dostdur, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla tanışlığı var.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024