Cəmiyyət (20-09-2016, 09:43)
Orta məktəbdə dava düşdü, direktor danışdı: “Döyülən də, döyən də 11-cilərdir”
Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbdə yaşanan insidentlə bağlı açıqlama verilib.
Mediatv.az xəbər verir ki, Məktəbin direktoru Məmmədov Mərhəmət Allahverdi oğlu Modern.az-a eksklüziv açıqlamasında faktı təsdiq edib. O bildirib ki, dava 11-ci sinif şagirdləri arasında baş verib:
“Düzdür dalaşanlardan biri müəllim nəvəsidir. Dava dərsdən sonra qeydə alınıb. Hadisə zamanı təcili yardım maşını çağırılıb. Bu məlumatı da təcili yardımdan mətbuata sızdırıblar. Şagirdlərin sadəcə sözləri çəp gəlib, güclü dava baş verməyib. Daha sonra biri digərindən üzr istəməsini tələb edib. Beləcə söhbət uzanıb.
Hər ikisi 11 a sinfinin şagirdləridir, sinif yoldaşıdırlar. Döyülən Muradov Mustafa Fazil oğludur, hadisədən sonra xəstəxanaya çatdırılıb. Döyən şagird isə İsmayılov Azad Vüsal oğludur. Hazırda həmin sinfin rəhbəri İsamalıyeva Nəzakət müəllimədir”.
Direktor valideynlərlə söhbət aparılacağını qeyd edib:
“Musatafa hazırda dərsdə deyil, valideynini çağırtdırmışam məktəbə, gəlsin söhbət edəcəyəm. Azadın valideynlərilə də söhbət aparmışıq.
Məlumatda bildirilir ki, guya müəllim öz oğluna digər şagirdi döyməsini tapşırıb. Birincisi, müəllim Azadın anası yox, nənəsidir. İkincisi də, heç valideyn öz övladına deyərmi ki, get kimi isə döy?”.
