Cəmiyyət (7-09-2016, 15:53)
Astarada meşələr təkcə qorunmur, həm də artırılır
Ekoloji vəziyyətin yaşıllaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı bəhrəsini verməkdədir. Xüsusilə, həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır. Son illərdə meşələrin, yaşıllığın qorunması sahəsində həyata keçirilən müsbət tədbirlərdən biri də ölkənin, ələlxüsus onun ucqarlarının, meşəətrafı kənd və qəsəbələrin, digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsidir. Ölkənin başdan-başa qazlaşdırılması təbiətin xilasına yönəlmiş ən böyük diqqətdir. Ölkənin meşə-xammal materiallarına olan tələbatını başqa ölkələrdən idxal edilməsi hesabına ödənilməsi təbiətimizin qorunmasına da təsirli impulsdur. Bir sıra alternativ enerji mənbələrindən istifadə edilməsi praktikası uğurla inkişaf etdirilməkdədir. Bu sahədə aparılan sistemli işlər meşə qırıntılarının qarşısını xeyli dərəcədə alıb və almaqda davam edir.
İşini sistemlimli şəkildə quranlardan biri də Astara Meşə Bərpası və Mühafizəsi idarəsidir.
Astarada müasir təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Heydər müəllimin rəhbərlik etdiyi Astara Meşə Bərpası və Mühafizəsi İdarəsində yeni tingliklər salınması, respublikanın yaşayış məntəqələrinin və yolların mühafizə zolaqlarının yaşıllaşdırılması istiqamətində xeyli iş görülüb. Bu iş ardıcıl şəkildə davam etdirilməkdədir. Yeni yaşıllıqların salınması təcrübəsi zənginləşir.Yaşıllıq, xüsusilə, ağac əkini ilbəil yeni ərazilər fəth edir. Astara meşələrində təbii şəraitə uyğun yeni ağac növləri, kollar əkilir. Meşə massivlərində əkilən dəmirağac, palıd, fexoa, itburnu kimi ağac və kollar təbii meşələrin mədəni bərpasına xidmət edirsə, şəhərdə, şəhər ətrafında əkilən ağaclar təbiətə həm rəngarənglik, həm gözəllik, həm də təmiz hava bəxş edir.
Meşələr torpaqqoruyucu, sutəmizləyici, iqlimsaflaşdırıcı əhəmiyyətə malikdir. Məhz buna görə Astarada yeni yaşıllıqların, meşə zolaqlarının salınması çox vacibdir. Yeni meşələrin salınması meşələr üçün nəzərdə tutulmuş geniş massivlərdə daha sərfəli olsa da, insanların sıx yaşadığı böyük yaşayış məntəqələrində, qəsəbə və şəhərlərdə də çox vacibdir. Astara şəhərində son illərdə görülmüş mühüm abadlıq işlərində yaşıllaşdırmanın özünəməxsus payı var.
Astara rayonu ərazisində yaşıllaşdırma işi bu estafet kimi davam edir. Əkilən tinglər sabahkı ağaclardır.
İndi təbiətə uzanan məlhəm əllər bizdə sevinc hissi doğurur. İnanırıq ki, Heydər müəllimin rəhbərliyi ilə Astara meşəçilərinin gördiyi işlər sayəsində təbiət daha da gözəl görkəm alacaq, suyu saf, torpağı münbit olacaq.
