Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-05-2016, 10:24)
Cəbhə bölgəsində partlayış yerlərinə baxış keçirilib

Cəbhə bölgəsində partlayış yerlərinə baxış keçirilib

 

 

 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Mediatv.az xəbər verir ki, ANAMA-dan Trend-ə verilən məlumata görə, hesabatda bildirilir:
Tərtər rayonu
Tərtər şəhər - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 508 kv. m ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmamışdır .
Cəmilli kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 9 500 kv. m ərazi yoxlanılmışdır.
Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 2 500 kv. m ərazi yoxlanılmışdır.
Şıxarx kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmayıb.
Cəmi: Gün ərzində 6 ev və həyətyanı sahədə, 7 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 12 938 kv. m ərazi yoxlanılmışdır.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 408 kv. m ərazi qəlpələrdən təmizlənmış,
Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 408 kv. m ərazi təmizlənmışdir.
14 May tarixində 6 ev və həyətyanı sahədə, 2 otlaq sahəsi daxil olmaqla 9 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 13 346 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 14 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 480 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024