Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-05-2016, 15:16)
Dəmir Bankda müdhiş maxinasiya: ƏMANƏTÇİLƏRİN 3 MİLYON MANATI MƏNİMSƏNİLİB

 

Bir neçə gün əvvəl ölkə mətbuatında Dəmir Bankla müştəriləri arasında münaqişəli vəziyyətin yaranmasına dair məlumat yayılıb.

Mediatv.az xəbər verir ki, həmin məlumatda vurğulanır ki, bir qrup şəxs mətbuata pullarını Dəmir Banka etibar edərək əmanət şəklində ora qoyduqlarını, ancaq bir neçə vaxtdır ki, pullarını geri almaq istədikləri halda bankın min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmədiyini bildiriblər.

 

Əmanətçilər arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzvləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir. Şikayətçilər hələlik adlarının çəkilməsini istəmirlər. Ancaq Dəmir Bank onların əmanətlərini qaytarmayacağı təqdirdə əllərindəki rəsmi müqavilələri, pulların mədaxil orderlərini, əmanət kitapçalarını KİV-də yayacaqlarını və məhkəməyə müraciət edəcəklərini bildirirlər.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, qalmaqal Dəmir Bankın Bayıl filialında baş verib. Etibarlı mənbələrdən aldığımız məlumata görə, 7 nəfərə yaxın şəxs bankın adıçəkilən filialına əmanət şəklində pul qoyublar. Məlumatlara görə, həmin şəxslərə aid əmanətlərin ümumi məbləği 3 milyon manata yaxındır. Qeyd edilir ki, əmanətçilərlə bank arasında yaranmış mübahisəli vəziyyət araşdırılan zaman məlum olub ki, ortada əmanət kitabçası, qoyulan məbləğ, bankla əmanətçilər arasında müqavilə mövcud olsa da, banka təqdim edilmiş pullar hesaba oturdulmayıb. Müraciət edən vətəndaşlar pullarını geri istədikdə üzə çıxan məsələdən sonra Dəmir Bankın Bayıl filialının rəhbərliyi onlara əmanət şəklində pulların verildiyini inkar etməyə başlayıb. 

Məlumatlara görə, Dəmir Bankın əmanətçilərlə oynadığı oyuna görə dəymiş zərərin ümumi məbləği 3 milyon manatla kifayətlənmir. Belə ki, daha bir neçə nəfərin də bu şəkildə aldadıldığı üzə çıxıb. Toplam məbləğin isə 7 milyon manata yaxın olduğu deyilir. 

Bu əsnada, onu da dəqiqləşdirmişik ki, əmanətləri qəbul edən filialın işçisi gözlənilmədən məzuniyyətə göndərilib. İndiki məqamda belə bir addımın atılmasının isə kifayət qədər şübhəli olduğu diqqəti çəkir. 

Məsələ ilə bağlı Ölke.az-a açıqlama verən Dəmir Bankın marketinq departamentinin direktoru Anar Bayramov bildirib ki, Dəmir Bankın tarixində elə bir şey olmayıb. «Bankın bütün əmanətçiləri gəlib əmanətlərini götürürlər. Bizim əmanət portfelimiz gündən-günə artır. Müştərilər etibar edirlər, əmanətlərini bankımıza qoyurlar. Kimin də əmanətinin vaxtı qurtarırsa, çox rahatlıqla gəlib əmanətini götürə bilər. Şikayət tam əsassızdır».

Məsələ ilə bağlı araşdırmamız davam edir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024