Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-05-2016, 17:51)
Əflatun Amaşov “Əməkdar jurnalist” adı alanları təbrik edib

 

Gürcüstanda iki azərbaycanlı media təmsilçisinə “Əməkdar jurnalist” adı verilib.
Mediatv.az xəbər verir ki, yüksək dövlət təltifinə layiq görülənlər Şahvələd Eyvazov və Binnət Məmmədovdur. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri və Mətbuat Şurasının sədri Əflatun Amaşov bu hadisəni yalnız gürcüstanlı həmkarlarımızın çoxillik səmərəli fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda qonşu ölkədə həmkarlarımıza həssas yanaşmanın nümunəsi kimi dəyərləndirib.
 Əflatun Amaşov Modern.az-a açıqlamasında hər iki jurnalisti yaxından tanıdığını və onların həyat və yaradıcılığına bələd olduğunu  söyləyib
“Belə istedadlı insanlar gördüklərini, şahidi olduqlarını yüksək peşəkarlıqla qələmə almaqla kifayətlənmir, eləcə də iki xalqın tarixən formalaşan səmimi münasibətlərinin, dostluq körpüsünün möhkəmlənməsinə misilsiz xidmətlər göstərməyi özlərinin mənəvi borcu hesab edirlər”.
Şura sədri deyib ki, mükafatlandırılan jurnalistlərin fəxri ada altmış yaşın tamamında layiq görülmələri onların zəhmətlərinə Gürcüstan dövləti səviyyəsində verilən yüksək qiymətdir. 
“Şahvələd Eyvazovu boya-başa çatdığı və yaşadığı Tbilisi şəhərindən tanıyıram. Kifayət qədər məşhur foto jurnalistdir. O, 24 ildir ki, ABŞ-ın “Assoşeyted Press” İnformasiya Agentliyinin Qafqaz bürosunun əməkdaşıdır. Fotoları və yazıları Osetiyada, Abxaziyada, ən başlıcası isə Dağlıq Qarabağda nələrin baş verdiyi barədə minlərlə oxucuda aydın təsəvvürlər yaradıb.
Binnət Məmmədova gəldikdə isə həmkəndlimdir, Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları ən iri yaşayış məntəqələrindən olan Faxralıdandır. “Gürcüstan”da işləməklə bərabər “Regionpress” qəzetinin də rəhbəridir. Yüzlərlə publisistik yazının müəllifidir. Bir çox istedadlı gəncə jurnalist peşəsini sevdirib”.
“Bu, çox yaxşı xəbərdir”, - deyə sevincini bölüşən millət vəkili dost ölkədə belə ənənənin davamlı olacağına əminliyini bildirib və hər iki qələm sahibinə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Azərbaycan Mətbuat Şurasının təbriklərini çatdırıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024