Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-05-2016, 12:49)
Yol polisi sürücünü şoka saldı: Bir gündə 13 MMX, 1744 manat cərimə

 

 

Bakıda yol polisindən eşitdiyi xəbər sürücünü şoka salıb. Yol polis müfəttişi ona deyib ki, bir gün ərzində 13 dəfə radara düşüb və avtomobil dərhal cərimə meydançasına aparılmalıdır.
Mediatv.az xəbər verir ki, sürücü Əli Əliyev criminal.az-a bildirib ki, Mercedes markalı 10 ZZ 953 dövlət nömrə nişanlı avtomoibili yol polisi tərəfindən saxlanılıb. Heç bir qayda pozuntusu törətmədiyi üçün saxlanılmasının səbəbini öyrənmək istəyib. Polis ona xeyli MMX cəriməsi olduğunu və avtomobilin dərhal həbs edilməsinin vacibliyini vurğulayıb. Sürücü ona heç bir xəbərdarlıq gəlmədiyini və bundan xəbərsiz olduğunu dedikdə yol polisi xəbərin olardı cavabını verib.
Ə.Əliyev deyir ki, Daxili İşlər Nazirliyiin saytından avtomobilinin 17 MMX cəriməsi olduğunu dəqiqləşdrib. Ən qəribəsi odur ki, həmin cərimələrdən 13-ü bir gündə - 2015-ci il yanvarın 28-də olub. Ümumilikdə ona 1744 manat cərimə yazılıb.
Əli Əliyevin sözlərinə görə, bir gündə 13 cərimə etməsi mümkünsüzdür. Eyni zamanda, yaşadığı ünvana heç bir xəvbərdarlıq məktubu gəlməyib və zəng edilməyib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, paytaxt və ölkə ərazisindəki texniki vasitələr imkan verir ki, bir sürücünün gün ərzində 13 yox, 20 dəfə də qayda pozuntusu etdiyini qeydə alsın. Onun sözlərinə görə, sürücülər həmişə özünü haqlı sayır. Buna görə də, sürücüdən xahiş olunur Bakı Şəhər Yo Polis İdarəsinə müraciət etsin. Yol polisinin qapısı bütün sürücülərin üzünə açıqdır. Sürücü gəlsin və onun iştirakı ilə şikayəti araşdırılsın. Onun törətdiyi qayda pozuntularını kamerada baxsın. Ancaq mümkündür ki, texniki vasitələr də səhvlər olsun. Bütün bunlar yerində araşdırılacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024