Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-06-2015, 14:27)
BDU-da elmi-praktik konfrans keçirilib

Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mediatv.az-ın məlumatına görə, konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 1875-ci il 22 iyulda görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu söyləyib. A. Məhərrəmov fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə yer ayıran, xalqın maariflənməsində əvəzsiz xidmət göstərən bu qəzetdən sonra onun ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad” “Mola Nəsrəddiin” və digər nəşrlərin də rolundan bəhs edib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. BDU-nun Azərbaycanda jurnalistikanın inkişafına verdiyi töhfələrdən söz açan Ə. Həsənov professor Şirməmməd Hüseynov, professor Şamil Vəlliyev və digər mütəxəssislərin universitetin jurnalistika fakültəsində dərs dediyini xatırladıb.

Professor Şamil Vəliyev “Əkinçi” qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən söz açıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqın həyatında oynadığı rola diqqət çəkib.

BDU-nun kafedra müdiri Cahangir Məmmədli “Əkinçi” qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edib: “Qərb insan, söz azadlığından danışır, Məhəmməd peyğəmbərin karikaturalarını dərc edirlər. Ancaq Türkiyə türkcəsində qəzetdə bir keşiş barədə mənfi söz yazan jurnalisti məhkəməyə verdilər, cəzalandırdılar. ABŞ bizə irad tutur, ancaq yolu düz keçməyən adam güllələnir, etiraz aksiyasında iştirak edən jurnalistlərə qarşı zorakılığa yol verilir. Biz BBC məktəbini öyrənmişik, BBC xəbər yazmışdı ki, Müəmmər Qəddaf ölkəsində on minlərlə insanı diri-diri torpağa basdırıb. Ancaq bu fakt təsdiqini tapmadı, guya buna görə BBC rəhbərlərindən biri istefa verdi. Mən jurnalistlərimizi birinci növbədə vətəndaş, sonra jurnalist olmağa çağırıram”.

Professor Şirməmməd Hüseynov deyib ki, bu gün tək “Əkinçi”nin deyil, 140 illik milli mətbuatın bayramıdır: “Haradan gəlirik, hara gedirik, bu sualların cavabını tapmalıyıq. Dövlət başçısını Əli Həsənov kimi milli mətbuatımızı, ictimai-siyasi düşüncə tariximizi bilən insanı köməkçi təyin etdiyi üçün alqışlayırıq”.

Dünyada ikinci minilliyin ən böyük kəşfinin kitab çapı olduğunu söyləyən Ş. Hüseynov müasir dövrün informasiya əsri olduğunu xatırladıb: “Müstəqil dövlətlərin sayı bu gün cəmi 210-a bərabərdir. Rusiya imperiyasında 24 türk mənşəli xalq var. Onların içərisində ilk qəzeti, operanı Azərbaycan xalqı yaradıb, milli-mədəni muxtariyyət, müstəqillik ideyası bizə məxsusdur. Üzeyir Hacıbəyov “Siyasi imtahan” yazısında bunları qeyd edirdi və yazırdı ki, millət də tarix, tale qarşısında imtahan verir. Bizim xoşbəxtliyimiz odur ki, bu dövləti bizi, vətəni sevən adamlar idarə edir”.

Sonda BDU-nun rektoru A. Məhərrəmov Azərbaycanda sahə jurnalistikasının inkişafının zəruri olduğunu, bu sahədə addımlar atılmalı olduğunu bildirib.

Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi verdikləri üçün xatirə mükafatlarına layiq görülüblər. BDU-nun yetirməsi və BDU-ya göstərdiyi diqqət və qayğıya görə Əli Həsənov isə “BDU-nun fəxri dostu” mükafatına layiq görülüb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024