Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan zavod ləğv olunub.
Mediatv.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan "Şüvəlan Balıq Hisləmə Zavodu" ləğv olunub.
Vergilər Nazirliyindən verilən məlumata görə, zavod Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Kooperativ küçəsi, 22 ünvanında yerləşir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11A ünvanına bildirə bilərlər. (APA)