Cəmiyyət (19-04-2016, 17:21)
Müdafiə Nazirliyi: "O bizim vurduğumuz erməni tankıdır..."
“Azərbaycan əldə olunmuş atəşkəslə bağlı razılaşmaya ciddi riayət edir, bu səbəbdən, tanklarımız və digər texnikamız təmas xəttinə çıxarılmayıb.”
Mediatv.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistan KİV-in guya Azərbaycan tankının vurulması barədə məlumatını şərh edərkən deyib.
“Azərbaycan erməniləri öz gücü ilə elə qorxudub ki, onlar artıq öz tanklarını da bizim tanklar kimi qələmə verirlər. Birmənalı olaraq deyə bilərəm ki, bu aprel ayının əvvəllərində fəal hərbi əməliyyatların keçirildiyi günlərdə tərəfimizdən vurulmuş erməni tankıdır. Bu yalan informasiyanın məqsədi erməni əsgərlərində Azərbaycan silahının gücü ilə qırılmış əhval-ruhiyyəni yüksəltməkdir. Amma necə deyərlər, yalanın ömrü qısa olar, buna görə də, rüsvay oldular”, - Müdafiə Nazirliyinin nümayəndəsi belə deyib.