Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-04-2016, 17:48)
Adı içki qalmaqalında hallanan səfir danışdı

 

“Haqqımda yayılan bütün məlumatlar cəfəngiyatdır”.

 

Mediatv.az xəbər verir ki, bunu Anspress-ə haqqında çıxan içki və siqaret sifarişi barədə xəbərlərinə münasibət bildirən Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov deyib. Səfir bu barədə geniş danışmaq istəmədiyini, eyni zamanda onun haqqında yayılan məlumatlara geniş olaraq rəsmi münasibətini yaxın vaxtlarda bildirəcəyini söyləyib.

Xatırladaq ki, Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin qəribə sifarişləri barədə məqalə dərc edib. Məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Avstraliyanın məşhur qəzeti əldə etdiyi sənədlərə əsasən yazır ki, səfir və səfirliyin mühasibi öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40 000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024