Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-04-2016, 11:32)
"Sosial mənzil"lərin xeyri nə olacaq?

 

İqtisadiyyatda yaranmış real vəziyyət fonunda dövlət başçısının bir neçə gün öncə (11 aprel 2016-cı il tarixdə) imzaladığı Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqda Fərman da yeni iqtisadi modelə keçid yolunda növbəti bir addım sayılmalıdır. 

Mediatv.az xəbər verir ki, agentlik sənəddə də qeyd olunduğu kimi, ölkədə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradıldığından birbaşa olaraq tikinti sektorunda inkişafa xidmət edəcək. 

Bu isə ümumən iqtisadiyyatda artıma və genişlənməyə gətirib çıxaracaq. Çünki tikinti iqtisadiyyatın ən mühüm sahəsidir və onun aparıcı qüvvəsidir. İqtisadiyyatda böhran yaranan kimi bu, özünü birinci olaraq məhz tikinti sektorunda göstərir. 

Ölkəmizdə də iqtisadiyyat neft gəlirlərinə əsasən sürətlə inkişaf edərkən tikintidə böyük “bum” yaşandı. Bu özünü həm dövlət vəsaitləri hesabına müxtəlif infrastruktur, həm də sosial xarakterli layihələrin icrasında göstərdi ki, eyni zamanda, mənzil tikintisində də böyük bir vüsət var idi.

Lakin məsələ onda idi ki, mənzil tikintisi bazarın tələblərinə uyğun baş vermirdi. Belə ki, əhalinin yaşayış üçün mənzillərə böyük tələbi olsa da, mövcud tikinti və bu sahədə yaranan təklif real alıcılıq qabiliyyəti ilə uyğun gəlmirdi. Qiymətlər hədsiz yüksək xarakter daşıdığından bu sahədə ipoteka kreditləşdirməsi mexanizmi də heç bir kömək rolunu oynaya bilmədi. Bütün bunlar da onun göstəricisi idi ki, neft gəlirləriylə əlaqədar Azərbaycanda mənzil tikintisi də əslində, bir növ yatırım mənbəyinə çevrildi. Yəni, həm bu sahədə əsas icraçı şirkətlər olan MTK-lar, həm də satışın özü bir qrup adamın əlində öz sərbəst vəsaitlərini bir növ əlavə olaraq dövriyyəyə buraxmaq vasitəsinə çevrildi.



Bu vəziyyəti aradan götürmək üçün isə hələ bir neçə il öncədən dövlətin işə qarışması tələb olunurdu. Bu isə 2 formada baş verə bilərdi: ya mövcud ipoteka şərtləri hədsiz yüngülləşdirilməli və sadələşdirilməli idi, o səbəbdən ki, əhalinin bütün qruplarının ona əli çatsın, ya da bilavasitə dövlət özü tikintinin müəyyən bir hissəsini öz üzərinə götürməli və sosial mənzil fondunun yaradılması vəzifəsi və yaxud tələbi həll etməli idi. 

Bu mənada, dövlət başçısının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərmanı olduqca yerinə düşdü. Beləliklə də çoxdan gözlənilən və haqqında müxtəlif təkliflər irəli sürülən sosial mənzillərin tikilib istifadəyə verilməsi ölkəmizdə də baş tutacaq. Bununla da paytaxtda, o cümlədən regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq.

Lakin burada bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Birincisi, nə Mənzil İnşaatı Dövlət Agentliyi, nə də Fərmanla onun tabeliyində yaradılacaq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tikintiylə bilavasitə məşğul olmayacaqlar. Yəni, bu qurumlar bilavasitə özləri mənzil tikməyəcəklər. “MİDA” MMC-nın vəsaiti hesabına inşa ediləcək çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçiləcəkdir. 

Onun vəsaiti hesabına inşa ediləcək çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini isə Agentlik müəyyənləşdirəcək. Nazirlər Kabineti isə “MİDA” MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təkliflərini iki ay müddətində dövlət başçısına təqdim etməlidir. Belə ki, hələ dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdiriləcək insanlara mülkiyyət hüququnun verilmə prosedurları gələcəkdə müəyyən olunacaq.

Yəni, dövlət başçısının Fərmanı hələki ümumi prinsip və şərtləri müəyyən edir. Belə ki, tikinti şərtlərini və yaradılıcaq idarəetmə orqanının fəaliyyət prinsiplərini, o cümlədən sairi təsdiq edir. Amma tikiləcək evlərin paylanma və yaxud da deyək ki, "satış" məsələləri ayrıca olaraq həllini tapacaq. Sadə dillə desək, sosial mənzil tikintisi ilkin olaraq bilavasitə dövlətin ölkədə yaşayış mənzilləri tikintisi bazarına müdaxiləsi kimi qiymətləndirilməlidir ki, dövlət bu sahədə bazarın bir qismini bir növ öz əlinə alacaqdır. Bu isə hər necə olsa da, təklif üzrə qiymət şərtlərini istər-istəməz yumşaldılacağı demək olacaq.

Ümumiyyətlə, sosial mənzillərin tikilməsi heç də hamının necə deyərlər, "faizsiz" və istənilən şəraitdə yüksək şəraitli yaşayış mənziliylə təmin olunacağı demək olmayacaq. Bu baxımdan, indidən “eyforiyaya” uymaq da lazım deyil. İpoteka şərtlərinə gücü çatmayan kəslərin sahib ola biləcəkləri sosial mənzillərin mövcud şəraiti və yaxud da belə deyək ki, müvafiq komfort imkanları da ipoteka yolu ilə əldə edilən mənzillərin səviyyəsindən təbii ki, 1-2 pillə aşağı olacaq. Necə ki, ipoteka ilə alınan mənzillər lüks olanlardan aşağı olduğu kimi... Yəni ki, söhbət, sırf yaşayış mənzilinə ən zəruri həddə ehtiyacı olanların tələbatının ödənişindən gedəcək.

Bununla belə, sosial mənzil fondunun yaradılmasında əsas məqsədin belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərini həll etməkdən və onların sosial rifah hallarını yaxşılaşdırmaqdan ibarət olduğu da yaddan çıxarılmalı deyil. Odur ki, bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün rayon və şəhərlərdə həyata keçiriləcək. 

Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılmasına yardım göstərəcək ki, mənzilə ehtiyacı olan əhali qrupunun tələbatının ödənilməsiylə yanaşı, bu evlərin əhaliyə təqdim edilməsi nəticəsində ortaya çıxacaq yeni zəruri istehlak ehtiyaclarının yaranması iqtisadiyyatın həm də 20-dək sahəsinin də inkişafına təkan verəcək...(Azvision.az)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024