Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-04-2016, 17:20)
“Dövlət İmtahan Mərkəzinin yaradılması önəmli qərardır” - Ekspert

“Dövlət İmtahan Mərkəzinin yaradılması önəmli qərardır” - Ekspert

 

 

Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması, eləcə də Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvi haqqında fərman imzalayıb. Fərmana əsasən bu iki qurum ləğv olunur və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir. 
Mediatv.az xəbər verir ki, yeni yaradılan qurumun necə fəaliyyət göstərməsi, test imtahanlarından hansı dəyişikliklərin edilməsi isə cəmiyyətdə sual doğuran əsas məqamlardan biridir. Təhsil ekspertləri isə yeni qurumun yaradılmasının müsbət tendensiya yaradacağını deyirlər. 
Təhsil eksperti Etibar Əliyev musavat.com-a açıqlamasında TQDK-nın bugünə qədərki fəaliyyətini müsbət qiymətləndirdi: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı gündən şərəfli tarixi yol keçib. Və ölkədə ən nüfuzlu qurumlardan biridir. TQDK təkcə abituriyentlərin biliklərini qiymətləndirmirdi. Bu qurumun genişlənmiş fəaliyyəti ilə adı arasında bir uyğunsuzluq mövcud idi. Nə vaxtsa biliklərin qiymətləndirilməsinin vahid mərkəzi yaradılmalı idi. Biz bunu təhsil eksperti kimi dəfələrlə vurğulamışıq. Yeni qurumun Dövlət İmtahan Mərkəzi adlandırılması doğrudur. Bu mərkəz Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb. Əslində göstərilən istiqamətlərdə biliyin qiymətləndirilməsində müəyyən sistemsizlik mövcud idi və Prezident Fərmanı bu işlərin müəyyən sistem halına salınmasına şərait yaradacaq”.
Etibar Əliyevin fikrincə, TQDK-nın tətbiq etdiyi imtahan fəlsəfəsi saxlanılacaq: “Çünki bu təcrübə artıq oturuşub və hələlik alternativi də yoxdur. Sadəcə işlərin uzlaşdırılması prosesi həyata keçiriləcək ki, bu da əhəmiyyətli məsələdir. Prezidentin bu fərmanı cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edən biliklərin qiymətləndirilməsinin daha təkmil formada həyata keçirilməsinə şərait yaradacaq. Daha mühüm bir məqam ondan ibarətdir ki, bu fərman həm də biliklərin qiymətləndirilməsinin iyerarxiyasını müəyyənləşdirdi. Bunun özü də çox önəmli məsələdir”. 
 
Təhsil eksperti Etibar Əliyev həmçinin bu quruma verilən əlavə  səlahiyyətləri də müsbət qiymətləndirdi:“Bütün bunlarla yanaşı, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirilməsi, imtahan fənləri üzrə qəbul proqramlarının hazırlanması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilməsi, həmçinin ölçmə-qiymətləndirmə materiallarının nümunələrinin hazırlanması bu yeni quruma həvalə olunub. Göründüyü kimi, qurumun şəffaf və obyektiv fəaliyyəti üçün xeyli səlahiyyətlər verilib. 
Dərsliklərdəki qüsurların aradan qaldırılması məqsədilə Mərkəzin daha səmərəli çalışması naminə ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirmək səlahiyyətini də müsbət qiymətləndirmək olar. 
Cari tədris ilinin abituriyentləri bilməlidirlər ki, imtahanların təşkili və formatında dəyişiklik aparmaq mümkün deyil. Buna görə də imtahanqabağı hansısa narahatçılığa heç bir əsas olmamalıdır. Bu qurumun yaradılması biliyin qiymətləndirilməsi işinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”. 
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024